Son zamanlar qara buludlar altında qalan Britaniya kral ailəsi ilə bağlı narahatlığa səbəb olan yeni iddia ortaya atılıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, anasının ölümündən sonra taxta çıxan Kral Çarlz və gəlini Keyt Middltona bir-birinin ardınca xərçəng diaqnozu qoyulmasından sonra İngiltərə mətbuatından həyəcanlı iddia gəldi.
“In Touch” jurnalı həmçinin Kral Çarlzın iki il ömrünün qaldığını iddia edərək, hətta Çarlz üçün dəfn mərasiminin hazırlandığını da yazıb. İngilis mediası xərçəngin aqressiv olduğunu və sürətlə yayıldığını yazarkən, "Kral Çarlzın dəfni üçün Operation Menai Bridge kod adı istifadə edildi. Operation London Bridge kod adı Kraliça Elizabetin dəfn mərasimində də istifadə edildi. "
Çarlzın xəstəliyinin gözlənildiyindən çox sürətlə irəlilədiyi açıqlanarkən, “Xərçəng onu diri-diri yeyir” deyilmişdi. "In Touch" jurnalına danışan yüksək səviyyəli bir mənbə, "Kral Çarlz Sarayın bildirdiyindən qat-qat xəstədir və indi ailəsini və monarxiyanın gündəlik vəzifələrini təmin edə bilmir. O, çox zəifləyib, vəziyyət ümidsizdir" dedi.
Xəyal Ramiz