Çin ABŞ, Cənubi Koreya və Hindistanda keçiriləcək seçkiləri pozmaq üçün süni intellektdən istifadə edəcək.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, bu barədə xəbərdarlığı Microsoft şirkəti bildirib.
ABŞ texnologiya şirkətinin təhdid kəşfiyyatı qrupunun dərc etdiyi hesabata görə, Çin dövlətinin dəstəklədiyi kiber qrupların 2024-cü ildə Şimali Koreyanın da iştirak edəcəyi yüksək səviyyəli seçkiləri hədəf alacağını gözlənilir.
“Microsoft” bildirib ki, Çin “bu yüksək profilli seçkilərdə öz mövqelərinə uyğun gələn” süni intellektlə yaradılmış məzmunu sosial media vasitəsilə yaradacaq və yayacaq.
Xatırladaq ki, buna bənzər ssenari 2024- cü ildə keçirilən Tayvan prezident seçkilərində də baş tutub.
Əkbər Novruz