Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Ednews xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd edilir ki, zərərçəkənlərdən daha biri xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı 4 nəfərə çatıb.
Daha üç zərərçəkən yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlardan biri reanimasiyada, ikisi cərrahiyyə palatasındadır.