Federal Gömrük Xidməti 2023-cü ildə Rusiyanın ən çox ticarət etdiyi ölkələri açıqlayıb.
Ednews rusturk.com-a istinadən xəbər verir ki,Rusiyanın keçən il xarici ticarət həcmi 710,1 milyard dollar olaraq qeyd edildi.
Bu rəqəmdə Asiya ölkələrinin 51 faiz, Avropa ölkələrinin isə 23 faiz payı var.
Rusiyanın ən böyük ticarət tərəfdaşı 240,1 milyard dollarla Çin olub.
Hindistan 64,9 milyard dollarla ikinci, Türkiyə isə 56,5 milyard dollarla üçüncü yerdədir.
İlk beşliyə daxil olan digər ölkələr isə Belarus (55 milyard dollar) və Qazaxıstan (26 milyard dollar)dır.
Rusiyanın Cənubi Koreya ilə ticarət həcmi 15 milyard dollar, Almaniya ilə isə 12,2 milyard dollar olub.
Xəyal Ramiz