ABŞ-lı Maks Park Rubik kubunu 3,13 saniyəyə həll edərək dünya rekordu qırıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, ginnesin Rekordlar Kitabı ABŞ-dan olan 21 yaşlı Maks Parkın 3x3x3 ölçülü rubik kubunu 3,13 saniyəyə həll edərək dünya rekordu qırdığını açıqlayıb.
Xatırladaq ki, rubik kubunu 1974-cü ildə macar memarlıq professoru Erno Rubik icad edib və ondan tələbələrinə 3 ölçülü fəzaları öyrətmək üçün məşq kimi istifadə edib.
1980-ci illərdən kub bütün dünyada məşhur tapmaca oyununa çevrildi.
Oğuz