Uranla zəngin Nigerin dövlət televiziyası Rusiyanın bu ölkəyə əsgərlərini göndərdiyini açıqlayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Afrika ölkəsi Nigerdə ABŞ Müdafiə Nazirliyinin hərbi və mülki personalının ölkədə xidmət etməsinə icazə verən müqavilənin ləğvindən sonra kritik inkişaf baş verib.
Mart ayında baş verən bu inkişafdan sonra ölkənin dövlət televiziyası bu gün Rusiya hərbi təlimatçılarının hərbi texnika ilə dolu təyyarə ilə paytaxt Niameyə gəldiyini açıqlayıb.
Uranla zəngin ölkənin dövlət televiziyası Rusiyanın hava hücumundan müdafiə sistemi quracağını açıqlayıb.
Kanalda yayımlanan görüntülərdə hərbi yük təyyarəsindəki avadanlıqların boşaldıldığı görülüb.
Videoda təlimatçılardan biri olduğunu deyən kamuflyajlı şəxs “Biz Niger ordusuna təlim keçmək və (ölkənin) Rusiya ilə hərbi əməkdaşlığını yaxşılaşdırmaq üçün buradayıq” deyib.
Xəyal Ramiz