Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.