Zamana sığmayan liderin idarəçilik və varislik fəlsəfəsinin konseptual salnaməsi - AKADEMİK YAZIR

Mədəniyyət 16:24 01.05.2024

Azərbaycan Respublikasında ənənəvi olaraq Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərin, fundamental və tətbiqi elmi araşdırmaların, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflər və ixtiralar, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqi və nəzəri tədqiqatlar, habelə yeni material və mexanizmlərin yaradılması istiqamətində müsabiqə elan edir.

Ölkənin davamlı, uğurlu inkişafına həsr olunan bu müsabiqəyə müxtəlif elm sahələri, o cümlədən idarəçilik istiqaməti üçün də əhəmiyyətli olan işlər təqdim edilir. Təqdim edilən işlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyət istiqamətinə uyğun olan işlərdən biri də fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiyasıdır.

Heydər Əliyev böyük siyasətçi, zamanın fövqündə dayanan dövlət başçısı, ədəbiyyatımızın və mədəniyyətimizin dərin bilicisi, universal, ensiklopedik zəka sahibi, mütəfəkkir, nadir şəxsiyyət kimi tarixə adını həkk etdirib. Onun misilsiz fəaliyyəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmağa müvəffəq olub. Bu baxımdan Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, zəngin irsinə maraq hər zaman yüksək olub və tədqiqatçıların diqqətini cəlb edib. Heydər Əliyevin siyasət fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiya konsepsiyası, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına bu dahi şəxsiyyətin verdiyi töhfələrin öyrənilməsi olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyət kəsb edən mövzudur.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin konkret fakt və materiallara əsaslanan geniş təhlilinin verildiyi əsərdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dünyada ilk dəfə tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, bu texnologiyaların əsasında dayanan Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksəksəviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunması strategiyası öyrənilir.

Qeyd etmək lazımdır ki, dövlət idarəçiliyi sahəsində qazanılan uğurların real tətbiqi öz ifadəsini müasir dövrdə tapmaqdadır. Uğura aparan bu strategiyanın öyrənilməsi Ulu Öndərin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət İdarəçilik Akademiyasında təhsilin bütün pillələrində fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı əsəri tədris prosesinə daxil edilmişdir.

4 fəsildən ibarət olan bu monoqrafiyada Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası iqtisadi inkişafın şərti kimi təhlil edilib, milli ideologiyanın formalaşmasında Ulu Öndərin rolu öyrənilib. Eyni zamanda Azərbaycan Respublikasında çevik idarəçilik modelinin formalaşdırılması şərtləri nəzərdən keçirilib və bu modelin inkişafında layiqli varis Prezident İlham Əliyevin fəaliyyəti təhlil olunub.

Fəlsəfə doktoru, dosent Sadiq Qurbanov əsərində Heydər Əliyev irsinin davamçısı - Mehriban Əliyeva fenomeni, onun yeniləşən Azərbaycan naminə genişmiqyaslı fəaliyyətini də təhlil süzgəcindən keçirib.

Kitabda Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində fenomenal istedadı və yorulmaz fəaliyyətinin əsasında dayanan siyasi fəlsəfəsinin tarixi kökləri, dövlətçilik ideyalarının əsas istiqamətləri, Ulu Öndərin reallaşdırdığı siyasi kursun sosial-iqtisadi əsaslarına dair biliklər ustalıqla ümumiləşdirilib və sistemləşdirilib.

Azərbaycan Respublikasında davamlı inkişafa nail olunması eyni zamanda ölkədə intellektual mühitin formalaşdırılması ilə əlaqələndirilir. Monoqrafiyanın ayrı-ayrı fəsillərində bu sahədə Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticələri ilə bağlı önəmli məqamlar işıqlandırılıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərinə diqqət çəkilib.

Bütövlükdə, ölkəmizdə gedən bütün mütərəqqi fəaliyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və uğurlu davamçısı, müasir dünya Lideri İlham Əliyevin siyasi iradəsi və əməli fəaliyyəti nəticəsində olmuşdur. Fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun 4 fəsil və 435 səhifədən ibarət olan "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" monoqrafiyası Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının formalaşmasında, inkişafında və bütünlükdə reallaşdırılmasının konseptual əsaslarının dərk edilməsində və gələcək uğurlarımızın hərəkətverici qüvvələrinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Əsər çoxsaylı dövlət sənədlərinə, Ulu Öndərin Azərbaycanın sosial, iqtisadi, ideoloji və siyasi inkişafla bağlı söylədiyi nitqlərə, Azərbaycan Respublikası Konstitusiyasının və digər normativ aktların hazırlanması ilə bağlı prinsipial müddəa və tövsiyələrə, Azərbaycanın gələcək inkişafı ilə bağlı fikirlərinə əsaslanaraq yazılıb. Eyni zamanda əsərdə cənab İlham Əliyevin çoxşaxəli inkişaf konsepsiyasının başlıca istiqamət və prinsipial müddəaları konkret faktlar və materiallar əsasında araşdırılıb.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini müasir inkişafa aparan düşünülmüş strategiyanın banisidir. Bu strategiyanın müxtəlif aspektlərinin təhlil olunduğu fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiyasını Azərbaycan Respublikası Dövlət Mükafatına layiq bir əsər hesab edirəm.

Urxan ƏLƏKBƏROV, 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı