Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT/ECO) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının birgə təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu öz işinə başlayıb.
EDnews xəbər verir ki, bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumun əsas məqsədi İƏT regionunda ticarət və investisiya əlaqələrinin inkişafına dəstək vermək, işgüzar dairələr arasında əməkdaşlığı möhkəmləndirmək və dayanıqlı iqtisadi artımı stimullaşdırmaqdır. İştirakçılar ərzaq sənayesi, kənd təsərrüfatı, tekstil, informasiya texnologiyaları, nəqliyyat, turizm və dairəvi iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Tədbir çərçivəsində “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatlarında görüşlər keçiriləcək.
Şəms Qasımlı // EDnews