İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında ABŞ-ın əli yoxdur.
Ednews xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.
“Biz vəziyyətə nəzarəti davam etdiririk, lakin qəzanın səbəbləri barədə heç bir məlumatımız yoxdur. Hadisənin nədən qaynaqlandığını deyə bilmərəm”, - deyə o qeyd edib.
Pentaqon rəhbəri qəzanın səbəbləri ilə bağlı İran tərəfindən aparılan təhqiqatın başa çatmasını gözləməyi təklif edib.