Kremlin sözçüsü Dmitri Peskov Avropa Birliyinin (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirlərə həbs qoymasını qlobal iqtisadi sistemdəki bütün qaydaların pozulması kimi qiymətləndirəcəklərini açıqlayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, ötən gün Aİ ölkələri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın müdafiəsi üçün istifadə edilməsi planını rəsmən qəbul edib.
Razılaşmaya əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizi Ukraynaya hərbi yardım üçün Aİ tərəfindən idarə olunan fonda köçürüləcək, qalan 10 faiz isə Ukraynaya başqa formada dəstək üçün istifadə olunacaq.
Peskov Rusiyanın bu plana necə cavab verəcəyi üzərində çalışdıqlarını və onun icrasını yaxından izləyəcəklərini açıqlayıb.
Xəyal Ramiz