Avropa İttifaqı xarici işlər nazirləri bu səhər Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər. Fələstin və Ukrayna məsələləri görüşün ən mühüm mövzularıdır.
Ednews trthaber-ə istinadən xəbər verir ki, İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanımaq qərarından sonra edilən ilk Aİ Xarici işlər nazirlərinin görüşündə digər ölkələrin də bu qərarı verib-verməyəcəyi maraq doğurur.
Avropa BirliyiAli komissar Cozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda Rəfah müzakirə olunacaq.
Avropanın xarici işlər nazirləri arasında Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qatar xarici işlər nazirləri də olacaq
Danışıqlar zamanı iki dövlət həlli ilə bağlı məsləhətləşmələr aparılacaq.
Ukrayna məsələsi də müzakirə olunacaq.
Xəyal