28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü Madrid şəhərində təntənəli şəkildə qeyd edilib - FOTOLAR

Dünya 14:23 31.05.2024

Mayın 28-i Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Ednews xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının struktur-vahidlərinin rəhbərləri, İspaniyanın İqlim Dəyişiklikləri məsələləri üzrə Ofisinin yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və mötəbər media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Səfir Ramiz Həsənov, 106 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb.

O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem, plüralist parlament və azad medinın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb; Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə, cinsinə, dininə və sosial vəziyyətinə görə fərqləndirilmədən mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi barədə fikirlərini bölüşüb. 

Cənab Səfir həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttin bu gün müasir və müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib. 

İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Daha sonra Səfir bütün ölkələrin yekdil dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsinə toxunub.

Qeyd olunub ki, bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir. Səfir Azərbaycanın iqlim məsələlərinə verdiyi diqqətin təzahürü kimi ölkənin ətraf mühitin mühafizəsində gördüyü əməli işlərdən və üzərinə götürdüyü öhdəliklərdən danışıb. 

Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Karlos Moreno ilk növbədə Azərbaycan hökuməti və xalqına xoş səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərimizin inkişafında əldə olunan nailiyyətlərə toxunub.

İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb.

XİN nümayəndəsi Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib, ölkəmizi Avropa enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş olaraq Azərbaycanın tranzit imkanlarından söz açıb. Azərbaycanın karbohidrogen tədarükçüsü və ixracatçısı kimi strateji əhəmiyyətini vurğulayan diplomat COP29 tədbirinə ev sahibliyi xüsusunda ölkəmizin bərpaolunan və yaşıl enerji əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb.

Azərbaycanın ecazkar musiqisinin müşayiəti ilə tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar.

Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən COP29 haqqında videoçarxlar nümayiş olunub. 

Xüsusilə qeyd olunmalıdır ki, rəsmi qəbulun ardınca Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan “Cibeles” fəvvarəsi ənənəvi olaraq Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
Hamısı