Brüssel Ukraynanın Avropa İttifaqına (Aİ)-yə daxil olması ilə bağlı danışıqlara başlamağı təklif edir.
Ednews - un məlumatına görə Financial Times adı açıqlanmayan üç mənbəyə istinadən məlumat verir.
İddialara görə, komissiya bugün Ukraynanın korrupsiyaya qarşı mübarizə tədbirləri, siyasi lobbiçiliyə məhdudiyyətlər, dövlət məmurları üçün əmlak bəyannaməsi qaydaları və milli azlıqların istifadə etdiyi dillərin qorunması kimi meyarları ödədidiyini açıqlayacaq.
Hazırda Aİ -yə sədrlik edən Belçikanın bu məsələdə yekdil rəy əldə etməyə və üzvlük danışıqlarının başlanğıc mərhələsini iyunun 25-də keçirməyə ümid etdiyi bildirilir.
Əkbər Novruz