İsrailin baş naziri Benyamin Netanyahu iyulun 24-də Vaşinqtonda ABŞ qanunvericiləri qarşısında çıxış edəcək
Ednews bbc.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın konqres liderləri cümə axşamı bildiriblər.
O, İsrail-Qəzza müharibəsi davam etdiyi bir vaxtda Konqresin hər iki palatası - Senat və Nümayəndələr Palatasında çıxış edəcək.
Ötən ay Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru, İsrail lideri və onun müdafiə naziri Yoav Qalanta qarşı müharibə ilə bağlı ittihamlarla həbs qərarı verilməsi üçün müraciət edib.
Qeyd edək ki, HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, o vaxtdan bəri təxminən səkkiz ay davam edən döyüşlərdə Qəzzada ən azı 36 470 nəfər həlak olub.
Müharibə davam etdikcə və Qəzzada ölənlərin sayı artdıqca, ABŞ prezidenti, demokrat Joe Biden də İsraili tənqid edib.
Valeh