"Venesuela BRİKS Alyansına qoşulmağa olduqca yaxındır".
Ednews "Ahoravenezuela"ya istinadən xəbər verir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodriqes Karakasda keçirilən beynəlxalq iqtisadi seminarda.
“Bu yeni dünyada Venesuela öz resursları ilə BRİKS dövlətlər qrupuna qoşulmağın astanasındadır. Gündəlik üç milyon barel neft hasilatı ilə bizim ehtiyatlarımız təxminən üç əsrə kifayət edəcək" - deyə o, bildirib.
Onun sözlərinə görə, Venesuela həm də dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatına malikdir və hazırda sertifikatlaşdırma prosesindədir.
“Yeni dünya nizamının yaradılmasında dönüş nöqtəsi gəldi və biz Venesuelanın yeni geosiyasi reallığın bir hissəsinə çevrildiyini görmək istəyirik” - o, yekunlaşdırıb.
Əkbər Novruz