Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsindən sonra İtaliya səfiri XİN-ə çağırıldı.
Ednews məlumatına görə bu barədə İranın "İSNA" agentliyi xəbər verir.
Məlumata görə, buna səbəb Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsi olub.
İran XİN İtaliya səfirinə kəskin etirazını bildirib, bununla yanaşı, bu addımın nəticələri barədə xəbərdarlıq edilərək, İranın lazımi tədbirlər görmək hüququnu özündə saxladığı vurğulanıb.
İtaliya səfiri İran hökumətinin etirazını dərhal Kanadaya çatdıracağını qeyd edib.
Əkbər Novruz