Bu gün Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin tutulması ilə bağlı qərarı təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Yayılan məlumata əsasən Bəşər Əsəd insanlığa qarşı cinayət törətməkdə ittiham olunur.
Fransada keçrilən araşdırmalar sübut edir ki, B.Əsəd 2013-cü ildə Suriyanın paytaxtı Dəməşqi hədəf alaraq və Fransa vətəndaşlığı olan suriyalılar da daxil olmaqla, min nəfərin ölümünə səbəb olan kimyəvi hücumda iştirak edib.
Loğman