Brüsseldə Avropa İttifaqı (Aİ) ilə bir sıra təmaslar keçirən Ukrayna lideri Vladimir Zelenski müharibənin sonsuza qədər davam etməsini deyil, mümkün qədər tez bitməsini istədiklərini açıqlayıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, Ukraynanın müharibədə verdiyi can itkisi və infrastrukturunun xarabalığa çevrilməsi səbəbindən müharibədən bezdiyini etiraf edən Zelenski, “Biz bu müharibənin uzanmasını istəyən tərəf deyilik.Cəbhədə əsgərlərimiz arasında çoxlu itkilər var. Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzu edirik. Bu səbəbdən biz ikinci Ukrayna sülh konfransı üçün yeni hərtərəfli sülh planı hazırlayırıq. Biz onu ilin sonuna kimi bütün maraqlı tərəflərə və dünya ictimaiyyətinə təqdim etməyi qarşıya məqsəd qoymuşuq. Planın əsasını İsveçrədə ifadə etdiyimiz “sülh formulu” təşkil edəcək”- deyə bildirib.
Xəyal