Şabanın filmindən təsirlənib qız qaçırdan azərbaycanlı

Mədəniyyət 10:30 03.07.2024

Bu gün məşhur türk aktyoru Kamal Sunalın ölümündən 24 il ötür. Unudulmaz aktyor 3 iyul 2000-ci ildə "Balalayka" filminin çəkilişlərinə başlamaq üçün Trabzon şəhərinə gedərkən mindiyi təyyarədə infarkt keçirərək dünyasını dəyişib.

Ednews yazar Oğuz Ayvazın mərhum aktyorla bağlı qələmə aldığı "Ömrümüzdən bir Şaban keçdi" adlı yazısını təqdim edir. 

Gecə düşündüm ki, Kamal Sunaldan bir yazı yazım. Çoxdandır ağlımda var idi. Sonra nə olsa yaxşıdır? Baxıb gördüm ki, anım günüdür. Necə də qəribədir.

Şaban türk xalqının, eləcə də bizim toplumun adamıdır: avamdı, safdı, sevdiyi qız üçün iş dalınca böyük şəhərə yollanan aşiqdi, hər dəfə də xalqın qəhrəmanına çevrilən, çiyinlərində əl sallayan igiddir...

Mənim onunla tanışlığım elə sizin kimi televizordan olub. TRT kanalından izləyərdik onun gülməli, sevimli, macəralı filmlərini. Atam, anam, bacım, qardaşım dörd gözlə gözləyərdik onun üzündəki təbəssümü. 90-cı illərdə qaldığımız evimizdə qış gecələrində işıqlarımız sönər, Şabanın filmlərinə yarımçıq baxmış olardıq. Həmin gecə yuxumuz ərşə çəkilər, səhəri güclə açardıq...

Yeniyetmə yaşlarımızda qardaşımla Şabanın DVD filmlərini axtarmaq üçün şəhərə səfər edər, dizlərimiz yorulana kimi gəzərdik. Bəzən istədiyimiz filmi tapa bilməyəndə suyumuz süzülə-süzülə geri evə qayıdardıq. Səhər açılan kimi isə yenidən riqqətə gəlib, həmin filmi nəyin bahasına olursa-olsun tapardıq. Tapanda üzümüzdə güllər açardı. Evimiz, ailəmiz həmin gün üçün, həmin 2 saat üçün dünyanın ən xoşbəxt adamlarından olardı…

Sonralar Şabanı o qədər çox sevdim ki, onun təsirindən uzun müddət çıxa bilmədim. Yay mövsümündə müxtəlif işlərdə çalışırdım: Moykada maşın yuyan, ofisiant, fəhlə, satıcı, bağban və ilaxır. Yadınıza düşürsə Kamal Sunalın “Yüz numaralı adam” filmi var. Həmin filmdə Şaban müxtəlif işlərə girər, heç bir gün olmamış da işdən qovulardı. Nə iş idisə çalışdığım müxtəlif sahəli işlərdə bir gündən sonra qovulardım. Hər dəfə evimizə gələndə anamgil şaqqanaq çəkib gülərdilər. O günlər həyatımın ən gözəl illəri olaraq yaddaş arxivimdədir...

Yadımdadır, bir dəfə moykadakı işimin ilk günündə maşınları yumaqda çətinlik çəkirdim. Az qala bahalı bir maşının farasını sındıracaqdım. Bunu görən müdir mənə bərəkallah deməyəcək ki? Dalımdan bir təpik vurub, cəhənnəm ol demişdi.

Bir dəfə də şadlıq sarayında dostumla birgə ofisiant işləyirdik. Günlərin bir günü başımıza gülməli bir hadisə gəldi. Deməli, ikimiz bir stola baxırdıq. İşin qızğın vaxtında masadan salat götürürdüm ki, dostumun yüngüclə toxunuşu ilə müvazinətimi saxlaya bilməyib, salatı masada əyləşən keçəl kişinin başına tökdüm. Adam cin vurmuş kimi yerindən dik atıldı. Tüstüsü təpəsindən çıxırdı. Birdən yanındakı bıçağı götürüb üstümə hücum çəkdi. Tez dabana tüpürdüm. Müdir bu hərəkətimi eşidib bizi işdən qovdu. Axırıncı sözünü heç vaxt unutmuram: "Basın bayıra".

Belə, belə çalışdığım işlərdən tezbazar qovulurdum. Həmişə də Şabanın filmləri yadıma düşər, üzümə bir təbəssüm qonardı. Onun filmləri məni həyatdan küsdürməz, ən çarəsiz vaxtlarımda belə köməyimə çatardı.

Söhbətimin bu yerində sözü Kamal Sunala buraxıram. Görək, ilk teatr rolunu necə xatırlayır: "İlk teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm ki, səhnənin bir başından girib, o biri başından çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən ölürdü. Bu məni sevindirdi. Bundan sonra qərara gəldim ki, nəyin bahasına olursa-olsun bu insanları güldürəcəyəm!”

Özü də böyük aktyor şəxsi həyatında az danışan, soyuq, ciddi vә eyni zamanda da iş vә ev hәyatında vasvası biri idi. Buna baxmayaraq biz onu Şaban olaraq tanımış, sevmişik.

Bir filmi var, orda sərxoş bir adam intihar etmək istəyir. Şabanın onu həyata qaytaran sözləri belə olur: "Yaşamaq çox gözəldi. Sabah yep-yeni bir gün olacaq. Günəş yenə doğacaq! Quşlar, xoruzlar ötəcək, toyuqlar yumurtlayacaq, inəklər möö deyə bağıracaq.”

"Kirayəçi", "Düttürü dünya", "Gülən adam", "Propaqanda", "Kibar Feyzo", "Qol Kralı", "Çarıxlı Milyoner", "Qoltuq bəlası", "Abuk sabuk bir film", "Polizei" kimi filmləri onun ən ciddi ekran əsərləridir. Kamal Sunal bu filmlərində drammatik, ağrı-acılı, dərdli, bəşəri mövzulardakı obrazlara büründü və böyük aktyor olduğunu bir daha sübut etmişdi.

Bir dostum danışmışdı ki, Azərbaycanda rayonların birində gənc oğlan onun bir filmindən təsirlənib sevdiyi qızı qaçırtmışdı. Sonradan ailələr cütlüyü tapıb evləndirmişdilər. 

Kamal Sunalın filmlərini sevən, onun yaradıcılığnı diqqətlə seyr edən tamaşaçıda nifrət, zalımlıq, kin, sevgisizlik sindromları ola bilməz. Onun ekran əsərləri öz insanımızın aynadakı əksidir. Biz özümüzü onun filmlərində tapmışıq. Uşaq vaxtı Şabanın filmlərinə baxıb gülür, loğvalanırdım. İndi isə hər dəfə onun filmləri, yaratdığı obrazlar məni ağladır. Mən Şabanın filmlərinə baxanda atamın, anamın yanımda olduqlarını, hər şeyin əvvəlki kimi sehirli, toxunulmaz olduğunu hiss edirəm. Onun filmlərindən uzaq düşəndə həyatımda bir boşluq olduğunu duyuram, bu hal mənə olmazın əzab verir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı