Alman parlamentində fəaliyyət göstərən ilk Afrika əsilli millət vəkili Karamba Diabi gələn il keçiriləcək federal seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, o buna səbəb olaraq irqçi ifadələr və ölüm təhdidləri kimi bir sıra işçi heyətinə mail-lər göndərilməsini göstərib.
O, KİV - ə verdiyi müsahibələrində parlamentdə və cəmiyyətdə getdikcə artan düşmənçilik əhval-ruhiyyəsini vurğulayaraq, 2017-ci ildə ifrat sağ populist AfD partiyasınınn Bundestaqa daxil olmasını günahkar kimi göstərib.
Qeyd edək ki, o, 2013 - cü ildən etibarən alman parlamentinin ilk və yeganə Afrika əsilli millət vəkili kimi fəaliyyət göstərir.
Əkbər Novruz