Fransada keçirilən tədbirdə etiraz olaraq pasportunu yandıran beninli fəal Kemi Seba Fransa vətəndaşlığından məhrum edilib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, O, pasportunu yandırıb və vətəndaşlığından məhrum edilib.
Əsl adı Stellio Gilles Robert Kapo Çiçi olan və qaradərililərə qarşı ayrı-seçkiliyə etiraz olaraq illər əvvəl Afrikada məskunlaşan 42 yaşlı Sebanın vətəndaşlığını elan edən fərman Rəsmi Qəzetdə dərc olunub.
Martın 16-da paytaxt Paris yaxınlığında Fransa pasportunu yandıran Anti-France Seba X hesabında verdiyi açıqlamada artıq Fransa vətəndaşı olmadığını bildirib.
“Yükdən azad oldum”.
Seba 14 il əvvəl bu ölkəni tərk edərək Afrika qitəsində məskunlaşdığını "Fransanın neokolonial siyasətinə və qaradərililərə qarşı sistematik ayrı-seçkiliyə görə" ifadə edib.
Fransada anadan olan Seba martın 16-da Paris ətrafında çoxlu iştirakçının iştirak etdiyi tədbirdə fransız pasportunu yandırıb. Seba Fransa səlahiyyətlilərinə "Pasportunuz qaradərililərin qarşısına it kimi qoyduğunuz sümük deyil. Mən azad qaradəriliyəm. Mən azad Afrikalıyam. Azad Beninliyəm" deyib.
Xəyal