Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 23:19-da Tuşba vilayətində qeydə alınıb. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.