Konqo Demokratik Respublikasının şərqində Pluto şəhəri (İturi əyaləti) uğrunda gedən şiddətli döyüş zamanı ən azı 26 nəfər ölüb.
Ednews-un məlumatına görə, bu barədə "Okapi" radiostansiyası məlumat yayıb.
Məlumata görə, Konqonun İnkişafı Kooperativinin yaraqlıları Plutoya hücum edərək İturi qrupunda "Zair/Xalq Özünümüdafiə Cəbhəsi"nin dəstələri ilə döyüşüb.
Şəhəri qorumaq üçün dərhal ora hökumət qüvvələri göndərilib. Atışmada 6 hərbçi və 20 özünümüdafiə dəstə üzvü öldürülüb.