Microsoft-a kibertəhlükəsizlik xidmətləri göstərən CrowdStrike-in yaratdığı qlobal rabitə kəsilməsi Almaniyada da fasilələrə səbəb olub.
Ednews trt.haber-ə istinadən xəbər verir ki, Berlin-Brandenburq və Hamburq hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hazırda Berlin hava limanında heç bir təyyarə nə eniş edir, nə də havaya qalxır.
Berlin-Brandenburq Hava Limanından (BER) edilən şərhdə, "Texniki nasazlıq səbəbindən əməliyyatlarda gecikmələr var. Uçuş əməliyyatları dayandırılıb". ifadəsi işlədildi.
Ölkənin şimalında yerləşən Şlezviq-Holşteyn Universitetinin xəstəxanasında əməliyyatlar kəsildiyi üçün ləğv edilib.
Microsoft-akiber təhlükəsizlik Xidməti təqdim edən CrowdStrike-in yaratdığı qlobal rabitə kəsilməsindən sonra bütün dünyada bizneslərə təsir edən fasilələr var.
CrowdStrike, problemi aşkar etdiklərini və istifadəçilər üçün "müvəqqəti" bir həll hazırladıqlarını açıqladı.
Xəyal