ABŞ-nin vitse-prezidenti Kamala Harris, hazırda demokratların prezident seçkilərində iştirakı üçün ən çox ehtimal olunan namizəd hesab edilir, o, avqustun əvvəlində seçki yarışında tərəfdaşını elan edəcək.
Ednews-un məlumatına görə, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.
"O, rahat olduğu və lazım gələrsə, prezident olmağa hazır olan birini seçəcək", - xəbərdə qeyd olunur.
Harris hələ planlarını açıqlamayıb.
Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.