Almaniya başda olmaqla Avropa Birliyi ölkələri türklərə viza verilməsini dayandırıb. Almaniya vizası rədd edilənlərin apellyasiya hüququnun 30 iyun 2025-ci ilə qədər dayandırıldığını açıqlayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, viza prosedurları 8 aya qədər uzanacaq Avropalı diplomatlar “Türklərin viza almasını asanlaşdırsaq, orada heç kim qalmaz” şərhini verir.
Türkiyədən Almaniya başda olmaqla Avropa Birliyi ölkələrinə viza müraciətlərinin sürətlə artdığı bildirilərkən, türklər üçün viza şərtləri sərtləşdirilib, müddətlər uzadılıb və etiraz etmək hüququ ləğv edilib.
2019-cu ildən sonra viza vəziyyəti ən yüksək rəqəmlərə çatarkən, Almaniyada türklər üçün imtina nisbətləri yüzdə 26,5-ə çatdı. Üstəlik, bu rəqəmə viza prosedurları tamamlanmayanlar daxil deyil.
Xəyal