Banqladeşdə minlərlə nümayişçi Baş nazir Şeyx Hasinanın paytaxt Dəkkədəki rəsmi iqamətgahına basqın edib.
Ednews xəbər verir ki, bu Kanal 24 tərəfindən canlı yayımlanan görüntülərdə öz əksini tapıb.
Bildirilib ki, Baş nazir və bacısı həmin vaxtda iqamətgahda olmayıblar. Onlar ölkəni tərk edərək Hindistana gediblər.
Daha öncəsində Baş nazir Şeyx Hasinan istefa verdiyi bildirmişdi.
Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.