O, bunu Kazan şəhərində XVI BRICS Sammitində, “Outreach” / “BRICS+” formatının ilk plenar iclasını açılışında deyib.
“Dünyaya zorla qəbul etdirilən və qaydalara əsaslanan nizamın pərdəarxasında çoxalan rəqiblərin, Afrika, Asiya və Latın Amerikası ölkələrinin müstəqil inkişafının qarşısını almaq cəhdləri var. Onlar qeyri-qanuni birtərəfli sanksiyalar, açıq proteksionizm, valyuta və fond bazarları ilə manipulyasiya, demokratiya və insan haqlarına qayğı və iqlim dəyişikliyi ilə mübarizə şüarı altında daxili işlərə müdaxilədən istifadə edirlər”, - Putin qeyd edib.
Onun sözlərinə görə, bu cür xəstə üsul və yanaşmalar yeni münaqişələrin yaranmasına, köhnə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.
“Nəticədə regional və qlobal strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik prinsipləri pozulur, dövlətlərarası və daxili çəkişmələr təşviq edilir”, - Rusiya lideri bildirib.
EDnews