Pirr qələbəsi- Yaponiyada Hakim Partiya Konstitusion Çoxluğu İtirdi

Dünya 10:03 28.10.2024

Bu gün Yaponiyada Parlament seçkiləri keçirildi. Seçkilərin nəticəsi isə gözlənilən kimi hazırki hökümətin xeyrinə oldu. Ancaq gözlənilənin əksinə, LDP konstitusion çoxluğu əldə edə bilmədi.

Yaponiyanın hakim partiyası 15 ildən sonra ilk dəfə parlamentdə əksəriyyətini itirdi. Bazar günü keçirilən ümumi seçkilər yeni baş nazir Şigeru İşibaya iqtisadi problemlər və bir sıra siyasi qalmaqallar fonunda ciddi zərbə vurdu.

Milli teleradio şirkəti NHK-nın məlumatına görə, hakim Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeyto 465 yerlik aşağı palatada cəmi 215 yer qazandılar ki, bu da əksəriyyət üçün tələb olunan 233 yerdən azdır.

Bu gün əldə olunan nəticə 2009-cu ildən bəri LDP-nin Seimin aşağı palatasında əksəriyyətini itirdiyi ilk haldır. 1955-ci ildə qurulandan bəri demək olar ki, fasiləsiz ölkəni idarə edən LDP mühafizəkar siyasi güc kimi tanınır.

NHK-nin məlumatına görə İşiba seçicilərin onun partiyasına “ağır cəza” verdiyini bildirib.

Seçkilərdən əvvəl LDP və onun kiçik tərəfdaşı Komeyto 279 sabit mandatla əksəriyyətə malik idilər, LDP isə bu mandatların 247 –sini almışdı. Bu günkü seçkilərdə isə LDP cəmi 191 yer qazana bildi. LDP-nin əsas rəqibi Yaponiya Konstitusiya-Demokrat Partiyası (YKD) isə keçən seçkilərdə qazandığı 98 yerə qarşı bu dəfə 148 mandat qazandı. YKD-nin lideri Yoşihiko Noda mətbuat konfransında bildirib: “Bizim məqsədimiz hakim partiyanın əksəriyyətini sarsıtmaq idi. Biz bunu bacardıq.”

Keçmiş müdafiə naziri İşiba ötən ay partiya lideri seçiləndən sonra növbədənkənar seçkilər təyin etdi ki, ictimai mandatını gücləndirsin. Seçkilərin nəticəsi isə İşibanın indi  də hökumət qurmaq üçün mübarizə aparacağını göstərir.

Hakimiyyətdə qalmaq üçün LDP digər partiyaları koalisiyaya cəlb edə və ya azlıq hökuməti ilə idarəetməyə cəhd göstərə bilər. Amma nəticəsindən asılı olmayaraq hər iki variant İşibanın baş nazir postundakı varlığını təhlükə altına qoyur.

Seçkilərdən əvvəl LDP böyük siyasi qalmaqallar və iqtisadi böhrana görə ictimai narazılıqla üzləşmişdi. Siyasi fondlarda sənədləşdirilməmiş milyonlarla dolların, həmçinin gəlirlərini düzgün bəyan etməyən bəzi parlamentarilərin üzə çıxmağə böyük maliyyə qalmaqalı yaratmışdı ki, bu da partiyanın ictimai nüfuzuna ciddi zərbə vurmuşdu.

Keçmiş baş nazir Fumio Kişida atmosferi yumuşaltmaq məqsədilə bir neçə nazirin yerini dəyişmiş, öz aralarında qruplaşan LDP fraksiyalarını da buraxmışdı. Amma buna baxmayaraq Kişida istefa tələbləri ilə üzləşdi buna görə də  avqust ayında ikinci müddətə sədrliyə namizəd olmayacağını açıqladı.

Siyasi veteran İşiba aşağı gəlirli ailələrə maliyyə dəstəyi, minimum əmək haqqının artırılması və regionların inkişafını vəd edib. O, həmçinin real əmək haqqının artımına nail olmaq üçün yüksək inflyasiyadan “tam çıxışı” təmin edəcəyinə də söz verib.

İşiba, Asiyada artan təhlükəsizlik problemləri, o cümlədən Çinin daha aqressiv olması və Şimali Koreyanın hərbi güc nümayişləri fonunda ABŞ-la münasibətlərin möhkəmləndirilməsini prioritet elan edib. ABŞ- Yaponiya tərəfdaşlığı uzun müddətdir ki, Asiya-Sakit Okean regionunda ABŞ strategiyasının mərkəzindədir və İşibanın sələfi Kişida bu il Yaponiya ilə əsas müttəfiqi arasında müdafiə əməkdaşlığını genişləndirmişdi. İşiba isə ABŞ-ın hərbi bazalarına daha çox nəzarət də daxil olmaqla, daha balanslı münasibətləri müdafiə edirdi.

Müdafiə naziri olaraq İşiba təhlükəsizlik məsələlərində sərt mövqedə dayanmış və hətta Asiya üçün NATO-nun təhlükəsizlik alyansına bənzər hərbi  blok yaratmağı da təklif etmişdi, lakin bu təklif ABŞ tərəfindən rədd ediləndən sonra o, bu ideyadan imtina etmiş kimi görünür.

 Xatırladaq ki,Yaponiyanın konformizmə yüksək qiymət verdiyi siyasi mühittində İşiba öz partiyasını tənqid etməkdən çəkinmədiyi üçün partiyadaxili seçkidə autsayder hesab olunurdu. Amma cəsarəti ona LDP daxilində güclü düşmənlər qazandırmaqla bərabər onu sıravi üzvlər və cəmiyyət arasında populyarlaşdırdı.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Hamısı