ABŞ Prezidenti Co Bayden, seçilmiş Prezident Donald Trampa onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etmək üçün zəng edib və yeni prezidenti hakimiyyətin təhvil verilməsi məsələsini müzakirə etmək üçün Ağ Evə dəvət edib.
Ağ Evin hazırki vitse-prezidenti Kamala Harris də Trampı seçkilərin nəticələrini tanımağa çağırıb. O, çərşənbə günü gündüz saatlarında seçkilərin nəticələrinə dair ictimaiyyət qarşısında çıxış etməyi planlaşdırır.
Hərçənd ki, seçkilərin yekun nəticələri tam olaraq açıqlanmayıb, Trampın beş mübahisəli qalib gəldiyi dəqiqdir, digər iki mübahisəli ştatdaqalib gələcəyi istisna olunmur. O, artıq 292 səs toplamağa nail olub, Kamala Harrisin isə 224 səsi var. Xatırladaq ki, Ağ Evə qalib gəlmək üçün 270 səs tələb olunur.
EDnews Associated Press-ə istinadən xəbər verir ki, Baydenin əməkdaşları yaxın günlərdə Trampa Ağ Evə köçmək üçün uyğun tarixi müəyyən edəcəklər. Bayden isə öz növbəsində cümə axşamı günü seçkilərin nəticələri ilə bağlı xalqa müraciət etməyi planlaşdırır.