"Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında azı 20 balıqçını öldürüblər.
“EDnyus” xəbər verir ki, bu barədə Nigeriyanın təhlükəsizlik orqanlarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, nadan Harri kəndi yaraqlıların qəfil hücumuna məruz qalıb. Öldürülənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hələ hücum barədə açıqlama verməyiblər.