Rusiya Xarici İşlər Nazirliyi Konqo Demokratik Respublikasında baş verən daxili iğtişaşlara reaksiya verib.
"EDnyus" xəbər verir ki, Rəsmi Moskva iğtişaşlara dair narahatlığını vurğulayıb, iğtişaşlarda BMT qüvvələrinin hücuma məruz qalmağını pisləyib və hər iki münaqişə tərəfini təcii şəkildə silahlı münaqişələri bir kənara qoyub danışıqlar prosesini bərpa etməyə çağırıb.
Xatırladaq ki, üç gün əvvəl Konqoda başlayan silahlı üsyan nəticəsində həlak olanların sayı 17-yə çatıb.