ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) bu addımı atmaq niyyətində deyil.
“EDnews” xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Brüsseldə bildirib.
Onun sözlərinə görə, Aİ öz sanksiya siyasətini həyata keçirəcək.
"ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır, bu, sanksiya siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - o, atəşkəs müqabilində ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi təqdirdə Aİ-nin bu addımı atıb-atmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.