Suriyada Rusiya ordusuna məxsus döyüş təyyarələri İdlibin şimal-şərqində müxaliflərin nəzarəti altındakı Taftanaz bölgəsinə fosfor bombası atıb.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, hücumda 2 mülki vətəndaş həyatını itirib, bombanın atıldığı yerlərdə çoxlu sayda dağıntı yaranıb və yanğın olub. Hadisə yerində olan şahidin sözlərinə görə, bundan əvvəl Rusiya təyyarələri əraziyə kasetli bomba atıb, daha sonra fosforlu bomba ilə hücuma keçib.