Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi çıxışı amerikalıların əksəriyyəti tərəfindən dəstəklənib.
“EDnews ” xəbər verir ki, bu barədə “NORC” tədqiqat mərkəzinin “Associated Press” üçün keçirdiyi sorğuda göstərilib.
Araşdırma nəticəsində məlum olub ki, 10 amerikalıdan 7-si Trampın fəaliyyətini gözləntilərinə uyğun olaraq qiymətləndirib.
Lakin agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır. Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır, 62% isə ABŞ-nin Tramp dövründə yanlış istiqamətdə getdiyini düşünür.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir. Sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.
Fatimə Mərdanlı // EDnews