Bu gün Lüksemburqda Avropa Şurasının (AŞ) 134-cü nazirlər sessiyası başlayıb.
“EDnews” xəbər verir ki, Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.
Qeyd olunub ki, gündəliyə yeni geosiyasi kontekstdə təşkilatın rolu, xüsusilə Ukraynaya dəstəyi, həmçinin Avropa Şurasının ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti ilə bağlı məsələlər daxil edilib.
Nazirlər həmçinin Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə edəcəklər.
Fatimə Mərdanlı //EDnews