ABŞ Prezidenti Donald Tramp və onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini başa düşür və əsaslı hesab edirlər.
EDnews, “Publico” nəşrinə istinadən xəbər verir ki, Tramp və onun komandası Putini “sərt danışıqlar aparan şəxs” kimi qəbul edir və hesab edirlər ki, onu təhdid etməklə nəticə əldə etmək mümkün deyil.
“Tramp, Kelloq və bəzi amerikalı konqresmenlər başa düşürlər ki, Putin konkret faktlara əsaslanan və öz maraqlarını qorumağa yönəlmiş gündəmlə çıxış edir. O, təzyiqlərə qarşı çıxır və yalnız real güzəştlərlə masaya oturur”, – deyə məqalədə bildirilir.
Nəşr qeyd edir ki, Rusiya hazırda hərbi mövqelərini gücləndirir və yaxın aylarda barışıq şərtlərini öz şərtləri ilə diktə edə biləcək bir mərhələyə keçid mümkündür.
Müəllif əlavə edir ki, Tramp hərbi gərginliyin uzanmasından narazıdır və Rusiya tərəfindən istifadə edilən “Makiavelli üsulları” onu narahat etsə də, Vaşinqtonun Moskvaya qarşı daha konstruktiv və realist mövqeyə keçməli olduğunu anlayır.
Fatimə Şükürova // EDnews