Böyük Britaniyanın Baş naziri Kir Starmer Kanadada keçirilən G7 sammitində tərcüməçini Cənubi Koreya Prezidenti Li Çje Myon ilə səhv salıb.
“EDnews” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat paylaşıb.
Məlumata görə, insident Starmerin Cənubi Koreya prezidenti ilə rəsmi danışıqlar üçün görüşü zamanı baş verib.
"Li Çje Myon əvəzinə tərcüməçinin əlini sıxdı", - deyə nəşr yazıb.
Bundan əlavə, ümumi şəkil çəkilən zaman Starmer dərhal yer seçə bilməyib, tərəddüd edib və nəticədə Koreya tərəfini çətin vəziyyətə salıb.
İnsidentdən sonra Kir Starmer bildirib ki, Böyük Britaniya Cənubi Koreya ilə "yaxşı güclü əlaqələrə malikdir" və London bu münasibətləri ticarət və müdafiə sahələrində daha da gücləndirməkdə qərarlıdır.