İran Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqları bərpa etmək niyyətindədir.
“EDnews” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin katibi İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, bu üç ölkə ilə əlaqələr və danışıqlar davam edir: “Danışıqlar keçən həftə aparılsa da, müzakirələrin növbəti raundunun dəqiq tarixi hələ təyin edilməyib”.
Qeyd edək ki, tərəflər son dəfə xarici işlər nazirləri səviyyəsində iyunun 20-də Cenevrədə görüşüblər.