Məkkənin polis rəisi Bin Salyam al-Karni Səidi bildirib ki, hal-hazırda 188 min 747 zəvvar deportasiya edilib. Həmin şəxslər həcc ziyarəti üçün icazə almayıblar.
"Eurasia Diary" xəbər verir ki, bundan başqa hakimiyyət 44 turizm operatorunun fəaliyyətinə xitam verib.
Turizm şirkətləri həccə gedən zəvvarlar üçün saxta icazə kağızı satmaqla məşğul olublar.
Qeyd edək ki, həccə ziyarətinə icazə kvotalara əsasən, Məkkə rəhbərliyinin icazəsi ilə müxtəlif ölkələrin vətəndaşlarına paylanır.