Hindistanın şərqindəki Bihar ştatında baş verən daşqınların qurbanlarının sayı 222 nəfərə çatıb.
Daşqınlar nəticəsində 3 milyondan çox insan və 1725 kənd zərər çəkib. Ştatın 12 rayonundan 400 minə yaxın insan təxliyyə olunub.
Yerli hakimiyyət təxliyyə edilənlər üçün 300-dən çox sığınacaq təşkil ediblər.
Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 216 nəfər olduğu bildirilirdi.