Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb, 400 nəfər isə itkin düşmüş hesab edilir.
Məlumata əsasən, ölkədə yağan aramsız yağışlar səbəbindən Tumanqan çayı məcrasından çıxaraq daşqınlar əmələ gətirib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, 107 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.