Nyu-Yorkda, Manhettəndə baş vermiş partlayışda xəsarət alanların sayı 31 nəfərə çatıb, onların arasında Böyük Britaniya vətəndaşı da var.
Qeyd edək ki, partlayış şənbə günü axşam saatlarında törədilib. Həmin gün daha bir partlayış Nyu-Cersidə törədilib.
Partlayışları törətməkdə şübhəli bilinən 28 yaşlı Əfqanıstan əsilli Əhməd Xan Rahami saxlanılıb.