Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna prezidenti Petro Poroşenkonun görüşmək təklifini rədd edib.
“Foreign Policy” jurnalının məlumatına görə, bu barədə Trampın qərərgahı məlumat yayıb.
Qeyd edək ki, Petro Poroşenko BMT-nin Baş assambleyasının sesiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
O, bundan əvvəl sesiya çərçivəsində Demokrat partiyasından prezidentliyə digər namizəd Hillari Klintonla görüşüb, Donbasdakı vəziyyəti müzakirə ediblər.
Jurnalın yazdığına görə, Ukrayna prezidentinin ofisi eyni sorğu ilə hər iki namizədə müraciət edib.
Hillari Klintonla görüş bazar ertəsi baş tutub.
Amma Trampın qərərgahından cavab gəlməyib və məsələni şərh də eləməyiblər.
Tramp iş qrafikinə uyğun olaraq, Şimali Karolina ştatına uçub, ordan isə Ohayo ştatına getməlidir.
“Foreign Policy” jurnalının yazdığına görə o həftənin sonunadək Nyu-Yorkda olmayacaq.