Yaponiyanın Kurilin cənubunda olan 4 adanın qaytarılması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında Yaponiyanın birinci katibi Yosixide Suqa danışıb. O, bildirib ki, Tokio iki adanı sülh müqaviləsi bağlamaq üçün "qurban edə" bilər.
Bundan əvvəl "İomiuri" qəzetində dərc edilən məqalədə bildirilirdi ki, Yaponiya Rusiyadan adaların 4-nü də tələb etməyəcək. Nəşrin məlumatına görə, Tokio yalnız Xabomai və Şikotanla kifayətlənməyə razıdır. İturup və Kunaşır haqqında müzakirəni yapon hakimiyyəti təxirə salmağa hazırdır.
Qeyd edək ki, SSRİ və Yaponiya arasında 1956-cı ildə Birgə bəyannamə imzalanıb. Sənədə əsasən, sülh müqaviləsindən sonra Tokio Xabomaini və Şikotanı alacaq, Kunaşır və İturup məsələsi isə müzakirə edilməyib.
Ekspertlərin fikrincə, məhz iki adanın statusunun ayrılması 60 ildir ki, bütün danışıq prosesi üçün çətinliklər yaradır.