Venesuelada baş verən zəlzələ qurbanlarının sayı 2 295 nəfərə çatıb.
EDnews xəbər verir ki, bu barədə "Venezolana de Televisión" telekanalının efirində Milli Assambleyanın sədri Xorxe Rodriqes bildirib.
"İki zəlzələ nəticəsində ölənlərin sayı 2 295-ə, yaralananların sayı isə 11 267-yə çatıb", - o qeyd edib.
Daha əvvəl 1943 nəfərin öldüyü bildirilirdi.
Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes bu gün öz "Telegram" kanalında bildirib ki, ölkədə zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan edilir.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.







