İranda uşaqlar üçün hərbi park açılıb

Dünya 14:21 02.10.2016

İranda bu həftə müharibədə döyüşmək və Qərb düşmənlərinə atəş açmağın öyrədilməsi məqsədilə yaşı 8-dən yuxarı uşaqlar üçün yeni park açılıb.

Məşhəd şəhərinin qərb hissəsində yerləşən "İnqilab Uşaqlarının parkı" 1980-ci illərdə İran-İraq müharibəsinin ildönümü münasibətilə hər il qeyd edilən "Müqəddəs Müdafiə Həftəsi" çərçivəsində açılıb.

Raja xəbər agentliyinin verdiyi məlumata görə, Uşaq və Gələcək Mədəniyyət Evinin direktoru Həmid Sadegi deyib ki, "parka gələn uşaqlar ABŞ və İsrailin bayraqları ilə dekorasiya edilmiş hədəflər də daxil olmaqla, virtual hədəflərə atəş açmaq üçün təlimlər keçir".

Mühafizəkar Raja agentliyi Suriyada Bəşar Əl-Əsəd hökuməti tərəfində döyüşən minlərlə əsgərdən ibarət qüvvəsi olan İranın elitar İnqilab Keşikçiləri ilə bağlıdır. Açılış mərasimində İnqilab Keşikçilərinin bu ay Hələbdə həlak olmuş yüksək səviyyəli komandirinin ailə üzvləri nitq söyləyib.

Həmid Sadegi Amerikanın Səsinin müsahibə üçün müraciətinə cavab verməyib.

İranın dövlətə məxsus xəbər agentliyinin parkın açılışı haqda hazırladığı foto-sessiyada İnqilab Keşikçilərinin formasını geymiş silahlı uşaqlar nümayiş edirilib.​

Həmid Sadegi Raja agentliyinə bildirib ki, uşaqlara şiələrin Dəməşqdə müqəddəs ibadətgahına oxşar məbədi mühafizə etmək öyrədilib. İran Suriya müharibəsində müqəddəs ibadətgahı müdafiə etdiyini bildirir.

İnsan haqları fəalları ailələri uşaqların parkda fəaliyyətlərə qatılmamasına razı salmağa çalışdıqlarını bildirib.

"Lakin heç bir nüfuzumuz olmadığı üçün səylərimiz nəticə vermir və əgər bundan artıq fəaliyyət göstərsək problemlə qarşılaşa bilərik"-deyə fəallardan biri Amerikanın Səsinə bildirib.

"Biz beynəlxalq təşkilatları bu məsələlərə ciddi fikir verməyə çağırırıq, çünki bu, gələcəkdə ekstremizmin artmasına gətirib çıxara bilər. Onlar güclü təbliğat aparır və az imkanlı və təhsilsiz ailələri hədəf alır...bu isə uşaqların gələcəyini dəyişdirə bilər, onları zorakılıq yoluna aparıb çıxara və zorakılıq nümayiş etdirmək istəməyə sövq edə bilər"-deyə hüquq müdafiəçisi əlavə edib.

İnsan haqları fəalı rəsmilər tərəfindən təqib təhlükəsi qarşısında adının açıqlanmasını istəməyib.

​İranda insan hüquqlarının vəziyyətini müşahidə edən Əbdürrəhman Borumand Fondunun direktoru Roya Borumand bu tematik parkı "beynəlxalq protokolların açıq şəkildə pozulması və uşaqların hisslərindən sui-istifadə" adlandırıb.

"Onlar uşaqların gələcəyi və inamı ilə oynayaraq, onlarda gələcəkdə həyatlarına və qərarlar qəbul etmələrinə təsir göstərəcək müharibə həyəcanı yaradır"-deyə Roya Borumand Amerikanın Səsinə müsahibədə bildirib.

"Oğlanlar təbiətən müharibə oyunlarını sevir və buna oyun kimi baxır, amma onlar müharibə zonalarında onları nə gözlədiyini bilmir. Onların bu yolla ələ alınması ikrah doğurur və qəbuledilməzdir"-deyə o əlavə edib.

İran hökuməti çox vaxt müharibəni və hərbi qüdrətini tərənnüm edir.

Dövlətə məxsus televiziyada aprel ayında gəncləri Suriyada İran hərbi qüvvələrinin sıralarına qoşulmağa təşviq edən təbliğat videosu nümayiş etdirilib.

Videoda əllərində silah olan və "müqəddəs məbədləri qoruyan şəhidlər" haqda mahnı oxuyan uşaqlar göstərilib.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
Hamısı