"Habertürk" bildirir ki, Türkiyənin Adana vilayətində polis partlayıcı qurğu yerləşdirilmiş 7 avtomobil aşkar edib.
"Habertürk"-ün verdiyi məlumata görə, terrorçuların niyyəti bu avtomobillər vasitəsilə hava limanı, yerli icra nümayəndəliyi və polis şöbələrində partlayış törətmək olub.
Aparılan əməliyyat çərçivəsində 5 şübhəli şəxs saxlanılıb.