BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vəlid Şeyx Əhməd Omanda Yəmən Milli Heyəti ilə görüşüb. Görüşdən sonra açıqlama verən İsmayıl Vəlid Şeyx Əhməd 72 saatlıq atəşkəsin qəbul edildiyini bildirib.
Atəşkəsin başlanma tarixinin hələ ki məlum olmadığını vurğulayan İsmayıl Vəlid Şeyx Əhməd tərəflərin hücumları dayandırmasından sonra atəşkəsin başlayacağını diqqətə çatdırıb. Qeyd edək ki, İsmayıl Vəlid Şeyx Əhməd Yəmən problemini müzakirə etmək üçün Omanın paytaxtı Maskata səfər edib.